"Barselona"da ciddi itki - 4 ay olmayacaq

Kateqoriya məlum deyil
T
"Barselona"ya niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqdan pis xəbər gəlib.
Sfera.az xəbər verir ki, təcrübəli futbolçu Kataloniya təmsilçisinin düşərgəsinə ciddi zədə ilə qayıdıb.
Dizindən zədə alan De Yonqun təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu itki "Barselona"nın planlarına ciddi zərbə vurub./Offsideplus.az
