DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək

Kateqoriya məlum deyil
T
Futbol üzrə 2026-cı il dünya çempionatında bu gecə 1/4 final mərhələsinin son iki qarşılaşması baş tutacaq.
Sfera.az xəbər verir ki, günün ilk matçında Norveç millisi İngiltərə yığması ilə üz-üzə gələcək. Digər görüşdə isə Argentina seçməsi İsveçrə millisi ilə yarımfinal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı
1/4 final
12 iyul
01:00 - Norveç - İngiltərə
05:00 - Argentina - İsveçrə
Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında Fransa Mərakeşi 2:0, İspaniya isə Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
