İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?
Kateqoriya məlum deyil
T
İngiltərəli hakimlər Maykl Oliver və Entoni Teylorun Argentina millisinin oyunlarına təyinat almamasının səbəbi kimi 44 il əvvəl Böyük Britaniya ilə Argentina arasında baş vermiş Folklend müharibəsi göstərilir.
Sfera.az xəbər verir ki, bu barədə The Independent nəşri məlumat yayıb.
Məlumata görə, 2026-cı il dünya çempionatında Argentina və İngiltərə yarımfinala yüksələrək üz-üzə gəlsələr, ingiltərəli hakimlər həmin qarşılaşmaya təyin edilməyəcək. Bu halda onların final matçında da işləməsi mümkün olmayacaq.
Nəşr qeyd edir ki, FIFA mümkün maraq toqquşmalarının qarşısını almaq üçün belə həssas məsələlərdə hakim təyinatlarına xüsusi diqqət yetirir.
