Avropa Liqası: “Qarabağ” “Vestri” ilə oyunda üçüncü qolu vurdu

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyununun üçüncü qol vurulub.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 87-ci dəqiqədə Renaldo Sefas fərqlənib.
“Qarabağ” 3:0 heaabı ilə öndədir.
***
21:04
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyununun ikinci hissəsi start götürüb.
Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi ilk hissəni 2:0 hesablı üstünlüklə başa vurub.
“Köhlən atlar”ın heyətində hesabı 30-cu dəqiqədə Zakaria Savo açıb. Abdullah Zubir isə 45+2-ci dəqiqədə fərqlənərək fasiləyə gedərkən hesabı 2:0 edib.
Qarşılaşmanı Moldovadan olan FIFA referisi Roman Jitari idarə edir.
***
20:49
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyununun ilk hissəsi başa çatıb.
Sfera.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
“Köhlən atlar”ın ilk qolunu 30-cu dəqiqədə Zakaria Savo vurub. 45+2-ci dəqiqədə isə Abdullah Zubir fərqi bir qədər də artırıb.
Qarşılaşmanı Moldovadan olan FIFA referisi Roman Jitari idarə edir.
***
20:46
“Qarabağ” UEFA Avropa Liqasınln I təsnifat mərhələsində “Vestri” (İslandiya) ilə oyunda ikinci qolu vurub.
Sfera.az xəbər verir ki, görüşün 45+-2-ci dəqiqəsində Abdullah Zubir fərqlənib.
***
20:30
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” İslandiyanın “Vestri” komandası ilə oyunda hesabı açıb.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 30-cu dəqiqədə Zakaria Savo fərqlənib./teleqraf
