“Sumqayıt” portuqaliyalı baş məşqçi ilə anlaşdı

“Sumqayıt” portuqaliyalı baş məşqçi ilə anlaşdı
Kateqoriya məlum deyil
T

Azərbaycan Premyer Liqası təmsilçisi “Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub.

Sfera.az xəbər verir ki, “kimyaçılar” portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.

Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.

PAYLAŞ