Aubameyanq Türkiyə klubuna transfer olundu

Türkiyə Super Liqasına yeni mövsümdən vəsiqə qazanan "Çorumspor" heyətini dünya futbolunun tanınmış hücumçularından Pierre-Emerick Aubameyanqla gücləndirib.
Sfera.az xəbər verir ki, klubun yaydığı məlumata görə, təcrübəli futbolçu ilə razılıq əldə olunub. Rəhbərlik Aubameyanqın təcrübəsi, yüksək oyun keyfiyyəti və qol vurmaq bacarığı ilə komandaya böyük fayda verəcəyinə inandığını bildirib.
Bu transfer qısa zamanda Türkiyə futbol ictimaiyyətində böyük maraq doğurub və yeni mövsümün ən diqqətçəkən keçidlərindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Pierre-Emerick Aubameyanq karyerası ərzində "Borussia Dortmund", "Arsenal", "Barselona" və "Olimpik Marsel" kimi Avropanın məşhur klublarının formasını geyinib. Təcrübəli hücumçunun zəngin karyerasının "Çorumspor" üçün mühüm üstünlük olacağı gözlənilir.

