Fransız oyunçu Paraqvayla oyunu buraxa bilər

Fransız oyunçu Paraqvayla oyunu buraxa bilər
Kateqoriya məlum deyil
T

Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər.

Sfera.az xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir.

Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir. Çuamenini start heyətində Manu Konenin əvəzləyəcəyi qeyd olunub.

Qeyd edək ki, Paraqvay və Fransa komandaları arasındakı qarşılaşma iyulun 5-də keçiriləcək./report

PAYLAŞ