"Neftçi" ilk yoxlama matçında məğlub oldu

Kateqoriya məlum deyil
T
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.
Sfera.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Rumıniyanın “ÇFR Kluj” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “Neftçi”nin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 6-da Serbiyanın “Partizan”, iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.
