“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO

Kateqoriya məlum deyil
T
“Qarabağ” Macarıstanın ZTE klubundan mərkəz müdafiəçisi Bense Varkonini transfer edir.
Sfera.azxəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolieri özünün “X” hesabında məlumat yayıb.
Məlumata görə, transferin dəyəri təxminən 1 milyon avro təşkil edir. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisinin Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
İnsayder qeyd edib ki, Bense Varkoni ZTE klubunun əsas heyət oyunçularından biri olub və karyerasında növbəti addımı məhz “Qarabağ”a keçməklə atır.
