“Neftçi” heyətini slovakiyalı forvard ilə gücləndirib

“Neftçi” heyətini slovakiyalı forvard ilə gücləndirib
Kateqoriya məlum deyil
T

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Sfera.az xəbər verir ki, paytaxt klubu slovakiyalı hücumçu Lyubomir Tuptanı transfer edib.

28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Tupta “Neftçi”də 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də çıxış edə bilən futbolçu son olaraq AEL klubunda oynayıb. O, 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Lyubomir Tupta daha əvvəl İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış edib. O, 2023-cü ildə debüt etdiyi Slovakiya millisində 21 oyun keçirib.

PAYLAŞ