Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu yay növbəti - 6-cı futbolçu keçidini gerçəkləşdirib.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın “Pari Nijni Novqorod” klubundan yamaykalı Renaldo Sefası transfer edib.
Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.
Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib. 2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.
QOL.az saytı bu transferlə bağlı mühüm detalı öyrənə bilib. Saytımıza daxil olan özəl xəbərə görə, Sefasın transferi “Qarabağ”a 5 milyon manata (2,5 milyon avrodan bir az çox) başa gəlib. Bu məbləğin 2 milyon manatı (1 milyon avro) təzminat olaraq “Pari NN” klubuna ödəniləcək. Futbolçunun özü isə ildə 1 milyon manat olmaqla 3 ilə 3 milyon manat (1,5 milyon avro) qazanacaq.
Beləliklə, Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu olub.
Bu yay transferlərdə fəallığı ilə seçilən Ağdam təmsilçi aldığı futbolçulara görə artıq 10 milyon manat (5 milyon avro) təzminat ödəyib. Bu məbləğə daha əvvəl alınan 5 futbolçunun maaşı daxil deyil. Yaxın günlərdə “Qarabağ”ın müdafiə xəttinə daha bir oyunçu transfer edəcəyi gözlənilir.
Qeyd edək ki, Renaldo Sefasdan əvvəl “Qarabağ” Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub./qol.az
