“Qırmızı şeytanlar” yeni stadion inşa edir

“Qırmızı şeytanlar” yeni stadion inşa edir
Kateqoriya məlum deyil
T

İngiltərənin ən titullu komandalarından olan “Mançester Yunayted” yeni stadionun inşasını reallaşdırmaq üzrədir.

Sfera.az xəbər verir ki, komanda "Old Trafford" yaxınlığında həyata keçirilməsi planlaşdırılan layihə üçün tələb olunan torpaqların böyük hissəsini əldə etdikdən sonra yeni 100 min nəfərlik stadionun tikintisinə bir addım da yaxınlaşıb.

Böyük Britaniyanın ən böyük idman stadionuna çevrilməsi nəzərdə tutulan yeni arena "Old Trafford" ərazisinin genişmiqyaslı yenidən qurulmasında mühüm rol oynayacaq.

Layihənin bölgəni idman, əyləncə və investisiya sahələrində dünyanın aparıcı mərkəzlərindən birinə çevirməsi gözlənilir./yenisabah

PAYLAŞ