“Neftçi” braziliyalı yarımmüdafiəçini transfer etdi

“Neftçi” braziliyalı yarımmüdafiəçini transfer etdi
Kateqoriya məlum deyil
T

“Neftçi” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Sfera.az xəbər verir ki, paytaxt klubu braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə müqavilə imzalayıb.

26 yaşlı futbolçu ilə 2+1 illik sözləşmə bağlanıb. O, “Neftçi”də 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Qustavo Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. Onun son klubu isə Portuqaliya təmsilçisi “Santa Klara” olub.

Qeyd edək ki, braziliyalı futbolçu “Santa Klara”nın heyətində 74 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

PAYLAŞ