2026 Dünya Çempionatında ən yaraşıqlı futbolçu müəyyənləşdi

2026 Dünya Çempionatında ən yaraşıqlı futbolçu müəyyənləşdi
Kateqoriya məlum deyil
T

Süni intellekt 2026-cı il dünya çempionatının ən yaraşıqlı futbolçusunu seçib.

Sfera.az xəbər verir ki, süni intellekt sahəsində fəaliyyət göstərən DreamGF şirkəti 2026-cı il dünya çempionatında çıxış edən 150 ən populyar futbolçunun xarici görünüşünü təhlil edib. Araşdırmanın nəticələri "RMC Sport" tərəfindən dərc olunub.

Məlumata görə, süni intellekt üz cizgilərinin simmetriyasını, balansını və harmoniyasını müəyyən edən "qızıl nisbət" meyarı əsasında qiymətləndirmə aparıb.

Nəticələrə əsasən, turnirin ən yaraşıqlı futbolçusu Argentina millisinin yarımmüdafiəçisi Rodrigo De Paul seçilib.

Reytinqdə ikinci yeri Almaniya millisinin hücumçusu Kay Haverts tutub. İlk üçlüyü isə İngiltərə millisinin vingeri Noni Madueke tamamlayıb.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo siyahıda 45-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.

İnci

Sfera.az

PAYLAŞ