Onu almaq istəyən 150 milyon avro ödəməlidir

Kateqoriya məlum deyil
T
"Bornmut" klubu heyətin keyfiyyətli hücumçusu Rayanı komandada saxlamaq və gələcək transfer qazancını təmin etmək məqsədilə müqaviləsinə astronomik bir bənd daxil edir.
Sfera.az istinadən xəbər verir ki, cinah oyunçusunun yeni müqaviləsində yer alan xüsusi sərbəstqalma maddəsi 2027-ci ilin yanvar transfer pəncərəsindən etibarən tam qüvvəyə minəcək.
Klub tərəfindən müəyyən edilən bu məbləğ düz 130 milyon funt-sterlinq (təxminən 150 milyon avro) dəyərindədir.
Bu addım gənc ulduzu heyətinə qatmaq istəyən Avropa nəhəngləri üçün olduqca ciddi maliyyə maneəsi mənasına gəlir.
