Ronaldo gümüş almaqdan imtina etdi

Ronaldo gümüş almaqdan imtina etdi
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo AFC-2 Çempionlar Liqasının gümüş medalını almaq üçün mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.

 

Sfera.az xəbər verir ki, Səudiyyə klubu finalda Yaponiyanın "Qamba Osakası" komandasına məğlub olub.

 

Ər-Riyaddakı "Kingdom Arena"da keçirilən matç 0-1 hesabı ilə başa çatıb. Oyunun yeganə qolunu 30-cu dəqiqədə Denis Hümmet vurub. Ronaldo matça start heyətində başlasa da, qol vura bilməyib.

 

Baş məşqçi Xorxe Jesus komandanı mükafatlandırma mərasiminə aparıb. Komandanın kapitanı Ronaldo mərasimdə iştirak etməyib.

PAYLAŞ