Acunun komandası Premyer Liqaya yüksələ bilər

Acunun komandası Premyer Liqaya yüksələ bilər
Kateqoriya məlum deyil
T

Türk iş adamı Acun Ilıcalının sahibi olduğu “Hull City” komandası “Millwall” ilə səfər qarşılaşmasında 2:0 hesabı ilə qalib gələrək pley-off finalına vəsiqə qazanıb.

 

Sfera.az xəbər verir ki, Londondakı “The Den” stadionunda keçirilən cavab görüşünün ilk hissəsi qolsuz başa çatıb.

 

Matçın 64-cü dəqiqəsində Mohamed Belloumi, 79-cu dəqiqədə isə Joe Gelhard fərqlənərək “Hull City”yə qələbə qazandırıblar.


Bu nəticə ilə “Hull City” pley-off mərhələsini keçərək finala yüksəlib. Komanda 23 may şənbə günü “Uembli” stadionunda keçiriləcək həlledici oyunda “Southampton” - “Middlesbrough” cütünün qalibi ilə qarşılaşacaq və Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, “Hull City” tarixində 2008 və 2016-cı illərdə də pley-off mərhələsinə yüksəlib və hər iki dəfə Premyer Liqaya vəsiqə qazanmağı bacarıb. Komandanın rəhbəri türk iş adamı və aparıcı Acun Ilıcalıdır.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ