"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO
Kateqoriya məlum deyil
T

Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.


"Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

 

"Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.
 

Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.

 

Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib - 1:0.
 

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

 

"Qəbələ" - "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb.
 

"İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.



 

PAYLAŞ