Hakimi: "Seneqal millisi çempion sayılmalıdır"

Mərakeş millisinin kapitanı Əşrəf Hakimi Afrika Futbol Konfederasiyasının (CAF) 2025-ci il Afrika Millətlər Kuboku (AFCON) ilə bağlı qərarını açıq şəkildə rədd edib.
Sfera.az-ın məlumatına görə, o bildirib ki, meydanda qalib gələn Seneqal millisi çempion sayılmalıdır.
“Paris Sen-Jermen” klubunun müdafiəçisi olan Hakimi qeyd edib ki, özü və komanda yoldaşları bu titulu qəbul etməməlidirlər:
“Anam mənə dedi ki, bu kubokdan imtina edim. Mən rəsmi olaraq titulu qəbul etmirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaq. Bizim qazanmaq şansımız var idi, amma qalib gələ bilmədik”.
Hakimi yanvarın 18-də keçirilən final oyununa toxunaraq bildirib ki, Seneqal millisi qələbəyə layiq olub. Həmin görüşdə rəqib əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlib və oyun zamanı son dəqiqələrdə verilən penalti qərarına etiraz olaraq meydanı tərk edib. “Futbolda bəzən qalib gəlirsən, bəzən uduzursan. Seneqal bizi ədalətli şəkildə məğlub etdi və qələbəyə layiq idi.
Onların zəhmətini əlindən almaq ədalətsizlik olar”, – deyə o vurğulayıb. Qeyd edək ki, martın 17-də CAF-ın Apellyasiya Komitəsi bu addımı texniki məğlubiyyət kimi qiymətləndirərək nəticəni ləğv edib və Mərakeşə 3:0 hesablı qələbə verib. Seneqal tərəfi isə qərardan idman arbitraj məhkəməsinə şikayət edəcəyini açıqlayıb.
Niyaz Hacıyev
Sfera.az
