Messi tarixi zirvədə: 900-cü qolunu vurub

Messi tarixi zirvədə: 900-cü qolunu vurub
Kateqoriya məlum deyil
T

ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 900-cü qolunu vurub.

 

Sfera.az xəbər verir ki, təcrübəli futbolçu bu uğura “KONKAKAF” Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən (1:1) ev oyununda imza atıb. Bu qol 38 yaşlı hücumçunun “İnter Mayami” forması ilə 81-ci qolu olub. Messinin karyerası ərzində vurduğu qolların bölgüsü belədir: “Barselona”da 672, PSJ-də 32, Argentina milli komandasında isə 115 qol.

 

Bununla belə, “İnter Mayami” ümumi hesabın 0:0 bitdiyi ilk oyundan sonra səfər qollarına görə “Neşvill”ə uduzaraq turnirlə vidalaşıb. Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, 2025-ci ildə komandası ilə MLS çempionu olub. 2003–2021-ci illərdə “Barselona”da çıxış edən futbolçu bu klubla 10 dəfə İspaniya çempionu olub, 4 dəfə UEFA Çempionlar Liqasını qazanıb və çoxsaylı digər titullara sahib çıxıb. Argentina millisinin tarixində ən çox qol vuran oyunçu olan Messi yığma ilə 2022-ci ildə dünya çempionu olub. O, həmçinin “Copa America” (2021, 2024), “Finalissima” (2022), Olimpiya Oyunları (2008) və U-20 dünya çempionatının (2005) qalibidir. Argentinalı ulduz “Qızıl top” mükafatını rekord sayda, 8 dəfə qazanıb və ümumilikdə 48 kubokla futbol tarixinin ən titullu oyunçularından biri hesab olunur.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ