PSJ “Çelsi”ni darmadağın edərək 1/4 finala yüksəldi

Fransanın “Paris Sen-Jermen” klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə İngiltərənin “Çelsi” komandasını 3:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, qarşılaşma Londonda keçirilib. PSJ-nin qollarını Khvicha Kvaratskhelia 6-cı, Bradley Barcola 14-cü və Senny Mayulu 62-ci dəqiqədə vurublar. Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun “Paris Sen-Jermen”in 5:2 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, PSJ 1/4 finalda İngiltərənin “Liverpool” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq. İstanbulda baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması martın 18-də keçiriləcək.
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları 7-8 aprel, cavab görüşləri isə 14-15 aprel tarixlərinə təsadüf edəcək. Xatırladaq ki, “Paris Sen-Jermen” turnirin hazırkı çempionudur. Komanda ötən mövsümün finalında İtaliyanın “İnter Milan” klubunu 5:0 hesabı ilə məğlub edərək kuboku qazanıb.
Niyaz Hacıyev
Sfera.az
