"Real Madrid” dörddəbir finala vəsiqə qazandı

İspaniyanın “Real Madrid” komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə İngiltərənin “Mançester Siti” klubunu 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, Madrid təmsilçisinin qollarını Vinisius Cunior 22-ci və 90+3-cü dəqiqələrdə vurub. Meydan sahiblərinin yeganə qoluna isə 41-ci dəqiqədə Erling Haaland imza atıb. Oyunun 20-ci dəqiqəsində Bernardo Silva qol fürsətini dəyərləndirə bilmədiyi epizoddan sonra meydandan qovulub. Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüş “Real Madrid”in 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Beləliklə, Madrid klubu 1/4 finalda Almaniyanın “Bayern Munich” və İtaliyanın “Atalanta” komandaları arasında keçirilən cütün qalibi ilə üz-üzə gələcək. İlk oyunda Münhen təmsilçisi 6:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması martın 18-də baş tutacaq. Digər oyunda isə İngiltərənin “Arsenal” komandası Almaniyanın “Bayer Leverkusen” klubunu 2:0 hesabı ilə məğlub edib. İlk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı. Bu nəticədən sonra London təmsilçisi dörddəbir finalda Portuqaliyanın “Sporting” komandası ilə qarşılaşacaq. Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları 7-8 aprel, cavab qarşılaşmaları isə 14-15 aprel tarixlərində keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az
