Mahirdən qələbə gətirən qol

Kateqoriya məlum deyil
T
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniya II Bundesliqası təmsilçisi "Kayzerslautern" XXVI turda qələbə qazanıb.
Sfera.az xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.
Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddinci yerdədir.
