“Qalatasaray” azarkeşlərini sevindirdi

"Qalatasaray" azarkeşlərini sevindirdi
Kateqoriya məlum deyil
T

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin “Liverpul” komandasını 1:0 hesabı ilə məğlub edib.

 

Sfera.az xəbər verir ki, oyunda yeganə qol 7-ci dəqiqədə Mario Lemina tərəfindən vurulub. Cavab oyunu martın 18-də İngiltərədə keçiriləcək.


Daha əvvəl Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidməti xəbər vermişdi ki, “Qalatasaray” “Liverpul”la səfər oyunu üçün azarkeşlərə bilet satmaqdan imtina edib və klub 40.000 avro cərimələnib. Cərimə, azarkeşlərin 25 fevralda Turində keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin İtaliya “Yuventus”una qarşı 1/8 final oyununda (əlavə vaxtdan sonra 2:3) sərgilədikləri davranışlarla bağlıdır. Həmin oyunda “Qalatasaray” azarkeşləri meydana əşyalar atıb, pirotexnika vasitələrindən istifadə edib və qarışıqlıq yaratmışdılar.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ