Çempionlar Liqasında iki möhtəşəm qələbə

Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasının 1/8 finalının ilk oyununda İtaliyanın “Atalanta” komandasını səfərdə 6:1 hesabı ilə məğlub edib.
Sfera.az xəbər verir ki, qələbə qollarını Yosip Stanisiç (12-ci dəqiqə), Maykl Oliseh (22 və 64-cü dəqiqələr), Serj Qnabri (25-ci dəqiqə), Nikolas Cekson (52-ci dəqiqə) və Camal Musiala (67-ci dəqiqə) vurub. Məğlub olanlardan isə Mario Paşaliç əlavə vaxtın 3-cü dəqiqəsində fərqlənib.
Digər oyunda isə İspaniyanın “Atletiko Madrid” klubu evdə İngiltərənin “Tottenhem” komandasını 5:2 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab oyunları martın 18-də keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi finalda İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə məğlub edən Fransanın “Paris Sen-Jermen” klubudur.
Niyaz Hacıyev
Sfera.az
