“Nyukasl” və “Barselona” - İlk oyunda qalib müəyyənləşmədi

"Nyukasl" və "Barselona" - İlk oyunda qalib müəyyənləşmədi
Kateqoriya məlum deyil
T

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin “Nyukasl Yunayted” komandası ilə İspaniyanın “Barselona” klubu qarşılaşıb.

 

Sfera.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.


Görüşdə hesabı 86-cı dəqiqədə “Nyukasl”ın futbolçusu Harvi Barns açıb. “Barselona” isə əlavə vaxtın altıncı dəqiqəsində penaltidən qol vuraraq məğlubiyyətdən xilas olub. Qolun müəllifi katalon klubunun gənc futbolçusu Lamin Yamal olub.

 

Komandalar arasında cavab qarşılaşması martın 18-də Barselona şəhərində keçiriləcək. Hazırda Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” İspaniya çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Nyukasl” isə İngiltərə çempionatında 12-ci yerdədir.


Qeyd edək ki, Çempionlar Liqasının son qalibi finalda İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə məğlub edən Fransanın “Paris Sen-Jermen” klubudur.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ