Tramp Messiyə: "Oğlum sənin fanatındır"

Tramp Messiyə: "Oğlum sənin fanatındır"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı futbol ulduzu Lionel Messinin çıxış etdiyi “Inter Mayami” klubunun nümayəndə heyətini qəbul edib.

 

Sfera.az xəbər verir ki, görüş zamanı Tramp Messiyə müraciət edərək bildirib: “Oğlum sənin böyük fanatındır. O, səni əla insan hesab edir. Bir də Kriştiano Ronaldo adlı əla bir centlmen var. Kriştiano da əladır, sən də əlasan”.

 

ABŞ prezidenti qeyd edib ki, Messinin gəlişi böyük maraq doğurub:

 

“Messi gələndə çoxlu ajiotaj var idi. Leo, sən gəldin və qalib gəldin. Bütün bu təzyiq altında qalib gəldin”. Tramp görüş zamanı futbol tarixinin ən böyük oyunçusu ilə bağlı zarafatla sual da verib: “Bəlkə Messi Peledən daha yaxşıdır? Kim daha yaxşıdır?”

 

Görüşün sonunda Messi prezidentə klub oyunçularının imzası olan “İnter Mayami” futbol topu hədiyyə edib. Klubun həmsahibi Jorge Mas və baş məşqçi Cavier Masçerano isə Trampa klub forması və xatirə saatı təqdim ediblər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ