“Nyukasl”dan sürpriz qələbə – “Mançester Yunayted” səfərdə uduzdu

"Nyukasl"dan sürpriz qələbə – "Mançester Yunayted" səfərdə uduzdu
Kateqoriya məlum deyil
T

“Nyukasl Yunayted” İngiltərə Premyer Liqasının 29-cu turunda doğma meydanda “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbə qazanıb.

 

Sfera.az xəbər verir ki, görüşdə hesab əlavə vaxtın 6-cı dəqiqəsində Entoni Qordonun qolu ilə açılıb. 90-cı dəqiqədə Uilyam Osula fərqi artırıb. Qonaqların heyətində isə Kazemiro əlavə vaxtın 9-cu dəqiqəsində fərqlənərək yekun hesabı müəyyənləşdirib. Qeyd edək ki, meydan sahibləri əlavə vaxtın ilk dəqiqəsində Ceykob Remzinin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda qalıb. Bu nəticə ilə “Mançester Yunayted” baş məşqçi Maykl Kerrikin təyinatından sonra ilk məğlubiyyətini alıb.

 

Komanda onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi yeddi oyunun altısında qalib gəlib, birində isə heç-heçə edib. Hazırda “Nyukasl” 39 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 51 xalla üçüncü yerdədir.

 

Qeyd edək ki, növbəti turda “Nyukasl” martın 14-də səfərdə “Çelsi" ilə qarşılaşacaq. “Mançester Yunayted” isə martın 15-də doğma meydanda “Aston Villa” futbol klubunu qəbul edəcək.

 

Niyaz Hacıyev

Sfera.az

 

PAYLAŞ