UEFA “Qalatasaray"a sanksiya tətbiq edib

UEFA "Qalatasaray"a sanksiya tətbiq edib
Kateqoriya məlum deyil
T

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Apellyasiya Komitəsi Türkiyənin “Qalatasaray” klubuna qarşı sanksiya tətbiq edib.

 

Qərara əsasən, İstanbul təmsilçisinə Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” ilə keçiriləcək səfər oyunu üçün azarkeşlərə bilet satmaq qadağan olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, klub 40 min avro məbləğində cərimələnib. Cərimə 25 fevral tarixində

 

Turində baş tutan Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İtaliya təmsilçisi “Yuventus”a qarşı azarkeşlərin davranışı ilə bağlıdır. Həmin görüşdə “Qalatasaray” əlavə vaxtdan sonra 2:3 hesabı ilə məğlub olub.

 

Oyun zamanı İstanbul klubunun azarkeşləri tərəfindən meydana müxtəlif əşyalar atılıb, pirotexniki vasitələrdən istifadə olunub və tribunada qarışıqlıq yaranıb. Qeyd edək ki, “Liverpul” və “Qalatasaray” arasında 1/8 final mərhələsinin ilk oyunu martın 10-da Türkiyədə, cavab qarşılaşması isə martın 18-də İngiltərədə keçiriləcək.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ