Darvin Nunes Premyer Liqaya qayıdır? – İngiltərə klubları hücumçunu izləyir

Kateqoriya məlum deyil
T
Liverpulun sabiq hücumçusu Darvin Nunesin yenidən Premyer Liqaya qayıtmaq ehtimalı gündəmə gəlib.
Sfera.az xəbər verir ki, 26 yaşlı forvardın Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”da əsas heyətdəki yerini Kərim Benzemaya uduzduğu bildirilir. Bu səbəbdən futbolçunun karyerasını yenidən İngiltərədə davam etdirə biləcəyi iddia olunur.
Məlumata görə, “Çelsi”, “Nyukasl Yunayted” və “Tottenhem” uruqvaylı hücumçunun vəziyyətini yaxından izləyir. Qeyd olunur ki, Nunes vaxtilə “Enfild”də çıxışı zamanı tənqidlərə məruz qalmışdı. O, bu dəfə Premyer Liqaya qayıdaraq özünü yenidən sübut etməyə və tənqidçiləri susdurmağa çalışa bilər.
Niyaz Hacıyev
Sfera.az
