“Trabzonspor”Nvaivunun səhhəti ilə bağlı açıqlama yaydı

"Trabzonspor"Nvaivunun səhhəti ilə bağlı açıqlama yaydı
Kateqoriya məlum deyil
T

“Trabzonspor” futbolçusu Çibuike Nvaivunun səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

 

Sfera.az xəbər verir ki, klubdan verilən məlumata görə, nigeriyalı yarımmüdafiəçinin sol budun daxili əzələ qrupunda qanama və ödem aşkarlanıb. Futbolçunun ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Bordo-mavililərin yaydığı açıqlamada bildirilir: “Trendyol Süper Liqanın 24-cü turu çərçivəsində keçirdiyimiz “Fatih Karagümrük”lə oyunda zədələnərək meydanı tərk edən futbolçumuz Chibuike Nvaivunun aparılan müayinə və MRT (maqnit-rezonans tomoqrafiya) müayinəsi nəticəsində sol budun daxili əzələ qrupunda qanama və ödem müəyyən edilib. Oyunçumuzun müalicəsinə tibbi heyətimiz tərəfindən başlanılıb”.

 

Qeyd edək ki, Nvaivu sözügedən qarşılaşmada zədələndikdən sonra əvəzlənmişdi.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ