Fevralın 27-si püşk atılır: Avropanın nəhəngləri 1/8 finalda

Pley-off mərhələsinin başa çatmasından sonra UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Sfera.az xəbər verir ki, ümumi mərhələdə 36 komanda mübarizə aparıb.
İlk səkkiz yeri tutan klublar birbaşa 1/8 finala yüksəlib. 9–24-cü yerləri tutan komandalar isə növbəti mərhələyə vəsiqə uğrunda pley-off oyunlarında iştirak ediblər.
Ümumi mərhələnin yekunlarına əsasən 1/8 finala birbaşa vəsiqə qazanan komandalar bunlardır: Fransanın “Lyon”, İngiltərənin “Aston Villa”, Danimarkanın “Midtyulland”, İspaniyanın “Betis”, Portuqaliyanın “Porto” və “Braqa”, Almaniyanın “Frayburq”, İtaliyanın “Roma” klubları.
Pley-off mərhələsinin qalibləri isə Macarıstanın “Ferensvaroş”, Fransanın “Lill”, Almaniyanın “Ştutqart”, Yunanıstanın “Panatinaikos”, İngiltərənin “Nottinqem Forest”, İspaniyanın “Selta Viqo”, İtaliyanın “Bolonya” və Belçikanın “Genk” komandaları olub.
Konfrans Liqasında 1/8 finala birbaşa vəsiqə qazanan komandalar Fransanın “Strasburq”, Polşanın “Rakow”, Yunanıstanın AEK Afina, Çexiyanın “Sparta Praqa”, İspaniyanın “Rayo Valyekano”, Ukraynanın “Şaxtyor Donetsk”, Almaniyanın “Mainz 05” və Kiprin AEK klublarıdır.
Pley-off mərhələsində isə Xorvatiyanın “Riyeka”, Türkiyənin “Samsunspor”, Niderlandın “AZ Alkmaar”, İtaliyanın “Fiorentina”, Polşanın “Leks Poznan”, İngiltərənin “Kristal Palas”, Çexiyanın “Siqma” və Sloveniyanın “Celje” komandaları növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 27-də keçiriləcək. İlk oyunlar martın 12-də, cavab qarşılaşmaları isə martın 19-da baş tutacaq.
Niyaz Hacıyev
Sfera.az
