Azarkeş bu hərəkəti etdi, stadiondan qovuldu - FOTO

Azarkeş bu hərəkəti etdi, stadiondan qovuldu - FOTO
Kateqoriya məlum deyil
T

“Real Madrid” azarkeşi Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyanın “Benfika” komandası ilə keçirilən cavab oyunu ərəfəsində nasist salamı verdiyi üçün stadiondan uzaqlaşdırılıb. 


Sfera.az xəbər verir ki, qarşılaşma Madriddə keçirilib. 


Oyun başlamazdan əvvəl nasist jesti edən azarkeş kameraların obyektivinə tuş gəlib. Klubun təhlükəsizlik xidməti həmin şəxsi qısa müddətdə müəyyən edərək stadiondan çıxarıb.


“Real Madrid” rəhbərliyi hadisə ilə bağlı klubun daxili qaydalarına uyğun olaraq intizam araşdırmasına başlanıldığını açıqlayıb.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ