Messidən uşaqlarına qadağa - "Bu hesablar olmamalıdır"

Futbol dünyasının ulduzlarından olan Lionel Messi meydançadakı uğurları ilə milyonları heyran edərkən, ailəsinə göstərdiyi qayğı ilə də diqqət çəkir.
Sfera.az xəbər verir ki, 2017-ci ildə Antonela Rokuzzo ilə ailə quran Messinin bu evlilikdən üç oğul övladı var.
Ailəsini mediadan mümkün qədər uzaq tutmağa çalışan məşhur futbolçu, son vaxtlar uşaqları üçün qoyduğu qadağa ilə gündəmə gəlib.
Sosial mediadan olduqca az istifadə edən Messi bildirib:
“Yeni nəsil sosial mediadan həddindən artıq çox istifadə edir. Mən uşaqlarım yetkinlik yaşına çatana qədər onların sosial media hesablarının olmamasına diqqət edirəm”.
Bu açıqlama Messinin həm ailə dəyərlərinə, həm də övladlarının rəqəmsal təhlükəsizliyinə verdiyi önəmi bir daha nümayiş etdirdi.
Niyaz Hacıyev
Sfera.az
