UFC Ağ Evdə turnir təşkil edəcək

Kateqoriya məlum deyil
T
“MMA Fighting”in məlumatına görə, “Ultimate Fighting Championship” (UFC) Ağ Evdə turnir təşkil etmək üçün 60 milyon dollara qədər xərc çəkəcək.
Sfera.az xəbər verir ki, Ağ Ev şousu üçün UFC Cənubi Çəmənlikdə səkkizbucaqlı döyüş meydanı və tamaşaçılar üçün tribunalar inşa edəcək.
Döyüşçülərin döyüşə Oval Ofisdən daxil olmaları gözlənilir.
Qeyd edək ki, UFC Ağ Ev turniri 14 iyunda keçiriləcək və bu tarix Müstəqillik Bəyannaməsinin 250 illiyinə təsadüf edir. Bu, Ağ Evdə keçiriləcək ilk peşəkar idman tədbiri olacaq.
Niyaz Hacıyev
Sfera.az
