Ronaldo necə milyarder oldu? – RƏQƏMLƏR

Ronaldo necə milyarder oldu? – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo son 10 ildə həm şəxsi həyatı, həm də maliyyə baxımından inanılmaz yüksəliş yaşayıb. Belə ki, 2016-cı ildən sonra karyerasında və şəxsi həyatında baş verən dəyişikliklər onun brend dəyərinə də ciddi təsir göstərib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildən etibarən model və influencer Corcina Rodriqes ilə münasibətə başlayan futbolçunun həyatında yeni mərhələ başladı.

 

Cütlük uzunmüddətli münasibətləri, ailə həyatı və dəbdəbəli yaşam tərzi ilə daim medianın diqqət mərkəzindədir.


Ronaldonun özünün brendə çevrilməsi, eləcə də onun həyatında baş verən dəyişikliklər portuqaliyalı ulduzun gəlirini xeyli artırıb.


İddialara əsasən, onun təxmini sərvəti belə dəyişib:


•    2016 – 320 milyon $
•    2017 – 385 milyon $
•    2018 – 450 milyon $
•    2019 – 475 milyon $
•    2020 – 500 milyon $
•    2021 – 550 milyon $
•    2022 – 600 milyon $
•    2023 – 800 milyon $
•    2024 – 1,1 milyard $
•    2025 – 1,3 milyard $
•    2026 – 1,4 milyard $


Məlumata görə, 10 il ərzində Ronaldonun sərvəti təxminən dörd dəfə artaraq milyonlardan milyardlara yüksəlib.


“Sevgi uğur gətirdi” şərhləri


Sosial şəbəkə istifadəçiləri bu artımı cütlüyün münasibəti ilə əlaqələndirərək “sevgi uğur gətirdi” kimi şərhlər yazıblar.


Bununla yanaşı, Ronaldonun transfer müqavilələri, reklam gəlirləri, şəxsi brendi və müxtəlif biznes yatırımları da onun maliyyə sıçrayışında əsas rol oynayan faktorlar kimi göstərilib.


Hazırda həm karyerası, həm də şəxsi həyatı ilə gündəmdə qalmağı bacaran Ronaldo və Rodriqes cütlüyü şou-biznes və idman dünyasının ən çox danışılan adları sırasındadır.

 

Mənsumə
Sfera.az

PAYLAŞ