Futbola yeni qaydalar gəlir - SON DƏQİQƏ

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarında bir sıra dəyişikliklər üzərində işləyir və yenilikləri bu həftə keçiriləcək ümumi iclasda açıqlamağı planlaşdırır.
Sfera.az Offsideplus.az-a istinadən xəbər verir ki, planlaşdırılan əsas dəyişikliklər belədir:
Zədə səbəbindən oyunu tərk edən futbolçu ən azı 1 dəqiqə sonra yenidən meydana qayıda biləcək.
Yan xətdən və künc atışlarında geri sayım tətbiq olunacaq. Müddət bitərsə, top rəqib komandaya veriləcək.
Oyundan çıxan futbolçular 10 saniyə ərzində meydanı tərk etməlidir.
İkinci sarı vərəqədən sonra göstərilən qırmızı vərəqələr VAR tərəfindən yoxlanıla biləcək.
Künc zərbələri də VAR tərəfindən incələnə biləcək.
IFAB-ın bu dəyişiklikləri təsdiqləyəcəyi təqdirdə, yeni qaydaların yaxın mövsümlərdə tətbiq edilməsi gözlənilir.
