“Tottenhem” heyətini gücləndirdi

"Tottenhem" heyətini gücləndirdi
Kateqoriya məlum deyil
T

 

“Tottenhem” klubu məşqçilər heyətində dəyişiklik edib.

 

Sfera.az xəbər verir ki, klub “Çelsi”nin keçmiş müvəqqəti baş məşqçisi Bruno Saltoru İqor Tudorun köməkçisi vəzifəsinə təyin edib. Bu qərar komandanın həftəsonu ”Arsenal” ilə keçiriləcək Şimali London derbisinə hazırlığı çərçivəsində qəbul olunub.

 

Qeyd edək ki, Xorvatiyalı mütəxəssis İqor Tudor Premyer Liqa turnir cədvəlində 16-cı pillədə qərarlaşan komandanın əvvəlki baş məşqçisi Tomas Frankın istefasından sonra müvəqqəti olaraq komandanın sükanı arxasına keçib. Klub rəhbərliyi mövsümün həlledici mərhələsində nəticələri yaxşılaşdırmaq üçün məşqçilər korpusunu gücləndirməyə qərar verib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ