Ançelotti 2030-dək bu komandada çalışacaq

Kateqoriya məlum deyil
T
Karlo Ançelotti 2026-cı il Dünya Kubokundan əvvəl Braziliya millisi ilə yeni müqavilə imzalayacağını təsdiqləyib.
Sfera.az xəbər verir ki, İtaliyalı məşqçi açıqlamasında bildirib ki, ABŞ, Kanada və Meksikada keçiriləcək final oyunlarından sonra “Selecao” komandasının baş məşqçisi vəzifəsində qalmaq niyyətindədir.
Yeni müqaviləyə əsasən, Ançelotti 2030-cu il Dünya Kubokuna qədər Braziliya millisində çalışacaq. Keçmiş “Real Madrid” baş məşqçisi rekord beşqat dünya çempionuna rəhbərlik etməyindən məmnun olduğunu bildirib. Yeni müqavilənin bu ilki turnirə hazırlıqdan əvvəl yaxın həftələrdə imzalanması gözlənilir.
Niyaz Hacıyev
Sfera.az
