Portuqaliya Vinisius Cuniorla bağlı araşdırma başlatdı

Portuqaliya Vinisius Cuniorla bağlı araşdırma başlatdı
Kateqoriya məlum deyil
T

Portuqaliya hökuməti Benfikanın futbolçusu Canluka Prestianniyə qarşı irəli sürülən irqçilik iddiaları ilə bağlı rəsmi araşdırmaya başladığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, 20 yaşlı argentinalı oyunçu "Real Madrid"in ulduzu Vinisius Cunior tərəfindən irqçi ifadələr işlətməkdə ittiham olunub. İddia Çempionlar Liqasının pley-off mərhələsində, Lissabondakı “Estadio da Luz” stadionunda keçirilən qarşılaşma zamanı baş verib.

 

Qeyd edək ki, rəsmi qurumlar hadisənin bütün detallarının araşdırılacağını və yekun nəticəyə uyğun hüquqi addımların atılacağını bildiriblər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ