Morattidən sərt mesaj: “Yuventus”un etirazları şişirdilib

Morattidən sərt mesaj: "Yuventus"un etirazları şişirdilib
Kateqoriya məlum deyil
T

 

Şənbə günü baş tutan gərgin Derbidən sonra İtaliyanın nəticələri hələ də gündəmdədir.

 

Sfera.az xəbər verir ki, qarşılaşmadan sonra İnterin keçmiş prezidenti Massimo Moratti mübahisəli hakim qərarı ilə bağlı “Yuventus”un reaksiyasına sərt cavab verib. “İnter”in 3:2 hesablı qələbəsi ilə yekunlaşan oyunda “Yuventus”un müdafiəçisi Pyer Kalulu, epizodlardan birində Alessandro Bastoni ilə təmasdan sonra ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

 

Bu qərar Turin klubunda ciddi narazılıq yaradıb. Moratti isə yaranan qalmaqala münasibət bildirərək, “Yuventus”un “qurban rolunu” oynamasını düzgün saymadığını qeyd edib. O, Bastoniyə qarşı səslənən ittihamları əsassız adlandırıb və İtaliya futbolunun tarixi kontekstində “Byankoneri”nin ədalətsizlik iddialarının şişirdildiyini vurğulayıb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ