“Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı

"Qarabağ" - "Nyukasl" oyununda hakim təyinatları açıqlandı
Kateqoriya məlum deyil
T

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

 

Sfera.az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

 

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

 

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.

PAYLAŞ