"Ronaldo effekti": Toni Kroos həqiqətləri açıqladı

"Ronaldo effekti": Toni Kroos həqiqətləri açıqladı
Kateqoriya məlum deyil
T

“Real Madrid”in əfsanəvi futbolçusu Toni Kroos keçmiş komanda yoldaşı Kriştiano Ronaldonu “Əl-Nəsr”in heyətində vurduğu zərbə ilə bağlı yaranan müzakirələr fonunda müdafiə edib.

 

Sfera.az xəbər verir ki, almaniyalı sabiq yarımmüdafiəçi bildirib ki, portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanında çıxış etməsi liqaya qlobal marağı əhəmiyyətli dərəcədə artırıb.

 

Kroosun sözlərinə görə, əgər Kriştiano Ronaldo olmasaydı, demək olar ki, heç kim Səudiyyə Ərəbistanın Pro Liqasını izləməzdi.


Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu həftə məşqlərə qayıdıb və iki oyunluq cəzadan sonra yenidən meydanlara dönməyə hazırlaşır. Ronaldo Xorxe Jesusun komandası ilə qarşıdakı görüşlərdə “Əl-Nəsr”in hücum xəttində əsas fiqur kimi çıxış etməsi gözlənilir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ