Qvardiola oyunçularını “qəhvə içməyə”çağırdı

Qvardiola oyunçularını "qəhvə içməyə"çağırdı
Kateqoriya məlum deyil
T

Pep Qvardiola “Mançester Siti”nin ulduzlarını “Enfild”də 2-1 hesablı qələbə qazandıqdan sonra daha çox sakitlik tapmaq üçün “qəhvə içməyə” çağırıb.

 

Sfera.az xəbər verir ki, bu vacib qələbə “Arsenal”ın zirvədəki üstünlüyünü altı xala qədər azaltsa da, “Siti”nin baş məşqçisi komandasının hər iki cərimə meydançasındakı həyəcanlı və çılğın oyununu tənqid edib.

 

Qeyd edək ki, Erlinq Halandın son dəqiqələrdə vurduğu penalti hazırkı çempion üçün dramatik dönüş nöqtəsi olub.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ