Nəriman Axundzadə MLS klubuna keçir?

Kateqoriya məlum deyil
T
"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.
Sfera.az xəbər verir ki, ABŞ təmsilçisi ilə danışıqlara nöqtə qoyulub.
Ağdam klubu bu keçiddən müəyyən qazanc da əldə edəcək. "Xəzər Lənkəran"ın yetirməsi 2016-cı ildən Ağdam klubuna məxsusdur.
O, "atlılar"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
