Qvardiola “Mançester Siti"dən ayrıla bilər

Kateqoriya məlum deyil
T
Pep Qvardiolanın “Mançester Siti”dəki gələcəyi ilə bağlı yayılan ayrılıq şayiələri bu mövsüm xüsusi diqqət mərkəzindədir.
Sfera.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin “Etihad” stadionundakı uzunmüddətli karyerasını başa vurmağa hazırlaşdığı iddiaları futbol ictimaiyyətində geniş müzakirə olunur.
Qeyd edək ki, hazırda Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, bəzi mənbələr ispan çalışdırıcının 2026 mövsümünün sonunda baş məşqçi postunu tərk edə biləcəyini bildirir. Klub rəhbərliyi və Qvardiolanın özü isə hələlik bu məsələyə rəsmi münasibət açıqlamayıb.
Niyaz Hacıyev
Sfera.az
