“Real Madrid”in ulduzu yaşıl meydanlardan uzaq qalacaq

Kateqoriya məlum deyil
T
“Real Madrid”in ulduz futbolçusu Rodriqo bud əzələsindən zədə alıb və bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sfera.az xəbər verir ki, bu, braziliyalı hücumçu üçün Çempionlar Liqasında aldığı cəzadan sonra növbəti ağır zərbə olub. Rodriqo Çempionlar Liqasının “Benfika” ilə keçirilən və Madrid təmsilçisinin 4:2 hesablı məğlubiyyəti ilə başa çatan oyununda qırmızı vərəqə almışdı. Bu səbəbdən o, komandalar arasında keçiriləcək cavab matçında iştirak edə bilməyəcək. İndi isə aldığı zədə futbolçunun meydanlara dönüş müddətini daha da uzada bilər.
Klubun tibbi heyəti futbolçunun vəziyyətini yaxından izləyir və onun nə vaxt sıraya dönəcəyi yaxın günlərdə aparılacaq müayinələrdən sonra məlum olacaq.
Niyaz Hacıyev
Sfera.az
