Çempionlar liqası - Pley-offda kimlər mübarizə aparacaq?

Çempionlar Liqasında ümumi mərhələnin səkkiz turundan sonra titul uğrunda mübarizəni davam etdirəcək 24 komanda müəyyənləşib. Sfera.az xəbər verir, ümumi mərhələdə 36 komanda iştirak edib. İlk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanıb, 9-cu yerdən 24-cü yerə qədər olan komandalar isə 1/8 finala çıxmaq üçün pley-off mərhələsində mübarizə aparacaq.
1/8 finala birbaşa vəsiqə qazanan komandalar bunlardır:
İngiltərə:
Arsenal (24 xal), Liverpul (18), Tottenhem (17), Çelsi (16), Mançester Siti (16)
Almaniya: Bavariya (21)
İspaniya: Barselona (16)
Portuqaliya: Sportinq (16)
Pley-off mərhələsində mübarizə aparacaq komandalar:
İspaniya: Real Madrid (15), Atletiko Madrid (13)
İtaliya: İnter (15), Yuventus (13), Atalanta (13)
Fransa: PSJ (14)
İngiltərə: Nyukasl Yunayted (14)
Almaniya: Bayer (12), Borussia Dortmund (11)
Yunanıstan: Olimpiakos (11)
Belçika: Klub Brügge (10)
Türkiyə: Qalatasaray (10)
Monako: Monako (10)
Azərbaycan: Qarabağ (10)
Norveç: Bodo-Qlimt (9)
Portuqaliya: Benfika (9)
Pley-off mərhələsinin püşkatması 30 yanvarda keçiriləcək. İlk oyunlar 17-18 fevralda, cavab oyunları isə 24-25 fevralda keçiriləcək. 1/8 finalın ilk oyunları 10-11 mart, cavab oyunları isə 17-18 mart tarixlərində olacaq.
Çempionlar Liqası Avropanın ən prestijli klub turniridir. Turnirdə ən çox qələbə qazanan komanda “Real Madrid”dir (15), hazırkı çempion isə Fransanın PSJ klubudur.
Niyaz Hacıyev
Sfera.az
