İngiltərədə anomal istilər: 2700 insan ölüb

İngiltərədə anomal istilər: 2700 insan ölüb
Kateqoriya məlum deyil
T

İngiltərə və Uelsdə may və iyun aylarında müşahidə olunan rekord isti hava dalğalarının 2700-dən çox insanın ölümünə səbəb olduğu təxmin edilir.

Sfera.az xəbər verir ki, bu barədə Dünya Hava Atribusiyası (World Weather Attribution – WWA) layihəsi çərçivəsində "İmperial College London", Böyük Britaniya Meteorologiya Xidməti ("Met Office") və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin hazırladığı araşdırmada bildirilib.

Araşdırmaya əsasən, təkcə may ayında 550 nəfərin ölümü həddindən artıq isti hava ilə əlaqələndirilib. Həmin ay ölkədə havanın temperaturu 35,1 dərəcəyə yüksələrək may ayı üçün tarixi rekord qeydə alınıb.

İyunun ikinci yarısında baş verən daha güclü isti hava dalğası zamanı isə təxminən 2200 nəfərin həyatını itirdiyi bildirilir. Ötən ay “Met Office” ardıcıl ən azı üç dəfə qırmızı xəbərdarlıq edərək yüksək temperaturun sağlamlıq üçün ciddi risk yaratdığı barədə əhaliyə çağırış edib.

Beləliklə, may və iyun aylarında İngiltərə və Uelsdə müşahidə olunan isti hava dalğalarının ümumilikdə 2 700-dən çox insanın ölümünə səbəb olduğu hesab edilir.

Qeyd edək ki, 2026-cı ilin iyun ayı İngiltərə tarixində qeydə alınan ən isti iyun olub. Bəzi bölgələrdə havanın temperaturu 36 dərəcəni ötüb.

Məlumata görə, iyun ayında Qərbi Avropada müşahidə olunan ekstremal istilər Almaniyada təxminən 5 500, Fransada 2 000, Belçikada isə 1 200 nəfərin ölümü ilə əlaqələndirilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ