Şəkidə minik avtomobili yandı

Kateqoriya məlum deyil
T
Şəki rayonunun Cumakənd kəndi ərazisində yanğın olub.
Sfera.az məlumatına görə, kənd sakini İdris Rəsulova məxsus “Opel-Astra” markalı minik avtomobilində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Görülən tədbirlər nəticəsində alov söndürülüb. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
